Müəl­lim­lə­rə su­al ver­mək ol­maz


Çin­də təh­sil alan av­ro­pa­lı tə­lə­bə­lər  bu öl­kə­də təd­ri­sin key­fiy­yə­tin­dən mə­yus ol­duq­la­rı­nı bil­di­rib­lər.  Bö­yük Bri­ta­ni­ya­nın “Ti­mes Hi­ghers Edu­ca­tion” nəş­ri­nin mə­lu­ma­tı­na əsa­sən,  Çin­də təh­sil alan av­ro­pa­lı tə­lə­bə­lər ara­sın­da ke­çi­ril­miş ilk təd­qi­qat­la­ra əsa­sən, qərb­li tə­lə­bə­lər qeyd edir ki,  dərs­lər­də su­al ver­mək müəl­lim­lə­rin ək­sə­riy­yə­ti  tə­rə­fin­dən qiy­mət­lən­di­ril­mir. Pe­kin Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin ad­yunkt-pro­fes­so­ru A.Lyu qeyd edib ki, Çin və in­gi­lisdil­li proq­ram­lar­da təh­sil alan tə­lə­bə­lər­lə ge­niş araşdır­ma aparı­lıb. Nə­ti­cə­də mə­lum olub ki, xa­ri­ci tə­lə­bə­lər çin­li tə­lə­bə­lə­rin Av­ro­pa­da rast­laş­dıq­la­rı ox­şar prob­lem­lər­lə üz­lə­şir­lər. Tə­lə­bə­lər qeyd edir­lər ki, müəl­lim­lər “təd­ris me­to­dik pro­ses­də” üs­tün­dür.   Tə­lə­bə­lər həm­çi­nin bil­di­rir­lər ki, on­la­rın tap­şı­rıq­la­rın ya­zıl­ma­sın­da çox az səy gös­tər­mə­lə­ri­nə bax­ma­ya­raq müəl­lim­lər on­la­ra qar­şı  “çox əlia­çıq” olub və for­ma­tiv qiy­mət­lən­dir­mə ke­çi­ril­mə­yib. 2018-ci ilin mar­tın­dan av­qus­tun 30-a ki­mi tə­lə­bə­lər ara­sın­da 30 mü­sa­hi­bə ke­çi­ri­lib. Mü­sa­hi­bə­lər­də Bö­yük Bri­ta­ni­ya, ABŞ,  Ka­na­da, Avstra­li­ya və bir ne­çə  Av­ro­pa öl­kə­sin­dən tə­lə­bə­lər iş­ti­rak edib.

 

Çin Təh­sil Na­zir­li­yi­nin mə­lu­ma­tı­na gö­rə, 2017-ci il­də öll­kə­də əc­nə­bi tə­lə­bə­lə­rin sa­yı əv­vəl­ki il­lə mü­qa­yi­sə­də  10 fa­iz ar­ta­raq 489200 nə­fə­rə ça­tıb. El­mi də­rə­cə al­maq is­tə­yən­lə­rin sa­yı isə 15 fa­iz ar­ta­raq  241500 nə­fər təş­kil edib. “Hər­çənd ki,  bə­zi tə­lə­bə­lər təh­sil  və təd­ris  haq­qın­da müs­bət he­sa­bat­la­rı ve­rib­lər, nə­ti­cə­lər gös­tə­rir ki,  Çin uni­ver­si­tet­lə­ri xa­ric­dən əc­nə­bi tə­lə­bə cəlb et­məz­dən əv­vəl təh­si­lin key­fiy­yə­ti­ni da­ha ca­zi­bə­dar et­mə­li­dir­lər”, - de­yə D.Lyu bil­di­rib. D.Lyu əla­və edib ki, Çin hö­ku­mə­ti uni­ver­si­tet­lə­ri  in­gi­lis di­lin­də çox­say­lı proq­ram­la­rın ha­zır­la­nma­sı­na hə­vəs­lən­di­rir, am­ma xa­ri­ci tə­lə­bə­lər əv­vəl­ki ki­mi he­sab edir­lər ki, təd­ris Qərb­dən çox Çin təc­rü­bə­si­nə əsas­la­nır.  “Biz Qərb mo­de­li­ni iş­lət­mə­yə ça­lı­şı­rıq, am­ma onu Çin mək­təb­lə­rin­də və uni­ver­si­tet­lər­də  iş­lə­mə­yə məc­bur et­mək çox çə­tin­dir”, - de­yə D.Lyu bil­di­rib. Bu­nun­la be­lə, o əla­və edib ki,  çin­li müəl­lim­lə­rin gənc nəs­li si­nif­də dia­lo­qa açıq­dır.