Çində təhsil qərbli tələbələri məyus edib | |
Çində təhsil alan avropalı tələbələr bu ölkədə tədrisin keyfiyyətindən məyus olduqlarını bildiriblər. Böyük Britaniyanın “Times Highers Education” nəşrinin məlumatına əsasən, Çində təhsil alan avropalı tələbələr arasında keçirilmiş ilk tədqiqatlara əsasən, qərbli tələbələr qeyd edir ki, dərslərdə sual vermək müəllimlərin əksəriyyəti tərəfindən qiymətləndirilmir. Pekin Pedaqoji Universitetinin adyunkt-professoru A.Lyu qeyd edib ki, Çin və ingilisdilli proqramlarda təhsil alan tələbələrlə geniş araşdırma aparılıb. Nəticədə məlum olub ki, xarici tələbələr çinli tələbələrin Avropada rastlaşdıqları oxşar problemlərlə üzləşirlər. Tələbələr qeyd edirlər ki, müəllimlər “tədris metodik prosesdə” üstündür. Tələbələr həmçinin bildirirlər ki, onların tapşırıqların yazılmasında çox az səy göstərmələrinə baxmayaraq müəllimlər onlara qarşı “çox əliaçıq” olub və formativ qiymətləndirmə keçirilməyib. 2018-ci ilin martından avqustun 30-a kimi tələbələr arasında 30 müsahibə keçirilib. Müsahibələrdə Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və bir neçə Avropa ölkəsindən tələbələr iştirak edib.
Çin Təhsil Nazirliyinin məlumatına görə, 2017-ci ildə öllkədə əcnəbi tələbələrin sayı əvvəlki illə müqayisədə 10 faiz artaraq 489200 nəfərə çatıb. Elmi dərəcə almaq istəyənlərin sayı isə 15 faiz artaraq 241500 nəfər təşkil edib. “Hərçənd ki, bəzi tələbələr təhsil və tədris haqqında müsbət hesabatları veriblər, nəticələr göstərir ki, Çin universitetləri xaricdən əcnəbi tələbə cəlb etməzdən əvvəl təhsilin keyfiyyətini daha cazibədar etməlidirlər”, - deyə D.Lyu bildirib. D.Lyu əlavə edib ki, Çin hökuməti universitetləri ingilis dilində çoxsaylı proqramların hazırlanmasına həvəsləndirir, amma xarici tələbələr əvvəlki kimi hesab edirlər ki, tədris Qərbdən çox Çin təcrübəsinə əsaslanır. “Biz Qərb modelini işlətməyə çalışırıq, amma onu Çin məktəblərində və universitetlərdə işləməyə məcbur etmək çox çətindir”, - deyə D.Lyu bildirib. Bununla belə, o əlavə edib ki, çinli müəllimlərin gənc nəsli sinifdə dialoqa açıqdır.
|
|
14.10.2018 | 14:43 | |
|
|
|