Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi münasibətilə təşkil olunan “TÜRKSOY - türk dünyasının qızıl körpüsüdür” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın orta ümumtəhsil məktəblərinin 13-15 yaşlı şagirdləri arasında keçirilən müsabiqədə azərbaycanlı üç məktəbli qız Nərmin Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da qalib elan edilərək mükafat alanların sırasında olub.
Qeyd edək ki, müsabiqə türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin, birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyıb.
Sifai SƏFƏROVA