Azərbaycanlı məktəblilər qalib olublar

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi münasibətilə təşkil olunan “TÜRKSOY - türk dünyasının qızıl körpüsüdür” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın orta ümumtəhsil məktəblərinin   13-15  yaşlı şagirdləri arasında keçirilən müsabiqədə azərbaycanlı üç məktəbli qız  Nərmin Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da qalib elan edilərək   mükafat alanların sırasında olub.

       

Qeyd edək ki, müsabiqə türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin, birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi  daşıyıb.

 

Sifai SƏFƏROVA

 



15.08.2023 | 16:25