İnformatika üzrə  sinfin proqramında bir mövzu var ki, onu bu fənnin oyrədilməsinin açarı hesab etmək olar. Bu, “İnformasiya modeli” mövzusudur. Şagirdlərdə İKT ilə bağlı biliklərin  və təsəvvürlərin formalaşmasında bu mövzu mühüm rol oynadığından mən onun tədrisinə diqqətlə yanaşır, dərsə xüsusi hazırlaşıram. Həmin mövzuda keçdiyim bir dərsin qısa icmalını qəzet vasitəsi ilə  həmkarlarımla paylaşmaq istəyirəm.

 

Mövzu: İnformasiya modeli.

Standart: 2.1.1, 2.1.2, 2.1.3.

2.1.1- Obyektin informasiya modelini izah edir.

2.1.2-İnformasiya modelinin növlərini fərqləndirir.

2.1.3- Obyektin informasiya modelinin növlərini nümunələrlə şərh edir.

 

Təlim nəticələri:

 

Şagird:

-Obyektin  informasiya modelini izah edir;

- İnformasiya modelinin növlərini fərqləndirir;

- Obyektin informasiya modelinin növlərini nümunələrlə şərh edir.

 

Dərsin tipi: İnduktiv.

İş forması: Cütlərlə iş, fərdi iş.

İş üsulları: “Beyin həmləsi”, kiçik mühazirə, modelləşdirmə.

Fənlərarası inteqrasiya: Həyat bilgisi-4.2.3, texnologiya-4.2.1, təsviri incəsənət-1.1.1, 2.1.1.

Təchizat: İş vərəqləri, kompüter, proyektor.

Motivasiya:

Motivasiya üçün aşağıdakı sualları qoyur və onlara cavab verməyi şagirdlərə təklif edirəm:

1. İnsanlar evdə, məktəbdə, küçədə və işdə bir-birləri ilə necə əlaqəlidirlər?

2. Yer kürəsinin hansı növ informasiya modellərindən istifadə olunur?

 

Tədqiqat sualı:           

 

Verilən suallara şagirdlərin cavabları təhlil olunub ümumiləşdirildikdən sonra tədqiqat sualı qoyulur: Obyektləri öyrənmək üçün onları necə təsvir etmək olar?

Şagirdlərə bir neçə kitab və kompüter dəsti əks olunmuş şəkil nümayiş etdirilərək onlardan soruşulur: - Bu informasiyanın qəbuledicisi km ola bilər?

-Nə üçün ir tədqiqat obyektinin bir neçə informasiya modeli qurulur?

 

Tədqiqatın aparılması:

 

Bu məqsədlə qruplara tapşırıqlar verilir.

1-ci qrupun tapşırığı: “Masaüstü kompüter” adlı təqdimatın hazırlanması.

Müəllim şagirdlərə tövsiyə edir ki,  təqdimatı hazırlayarkən çəkdikləri şəkillərdən və yığdıqları mətnlərdən istifadə etsinlər. Hər slayd üçün düzgün maket seçsinlər.

 

Monitor.

Mətn və qrafik informasiyaları kompüterdə əks etdirmək üçün qurğu.      

 

 

 

Klaviatura.

Klaviatura vasitəsilə informasiya kompüterə daxil olunur.

 

 

Siçan.

Siçan kompüterin  giriş qurğusuna aiddir. Onun vasitəsilə kompterə komandalar  verilir. 

 

 

2-ci qrupun tapşırığı: Hər hansı bir obyektin şəklindən onun haqqında mətn, cədvəl, qrafik hazırlamaq mümkündürmü?

3-cü qrupun tapşırığı: Obyektlərin informasiya modellərini qruplaşdırın.

 

Məlumatın mübadiləsi və müzakirəsi:

Bu məqsədlə aşağıdakı suallar ətrafında iş təşkil olunur:

1. Obyektin müxtəlif informasiya modellərini slaydlarda yerləşdirmək mümkündürmü?

2.  Slaydlara mətn və şəkilləri necə daxil etdiniz?

3. İnformasiyanı hansı formada təqdim etmək olar (mətn, şəkil, işarə, ədəd, cədvəl)?

4. Hansı modeli başqa növ informasiya modeli ilə əvəz edərdiniz?

 

Ümumiləşdirmə və nəticə:

Alınan biliklər dərsin bu mərhələində müəllimin köməyi ilə belə ümumiləşdirilir: İnformasiya modeli obyekt və proses haqqında informasiyaların məcmusudur. Obyektlər haqqında məlumatlar, informasiyalar nə qədər aydın, tam və dəqiq olarsa, onun bu informasiya modelindən daha çox şey öyrənə bilərik. Eyni informasiya müxtəlif formada təsvir oluna bilər. Obyekt haqqında toplanmış informasiyalar əsasında onun informasiya modeli yaradılır. Məsələn, Karandaş obyektinin informasya modelini yaratmaq üçün onun şəkli uzunluğu, rəngi, hazırlandığı material, yaza bilməsi, yonulması, möhkəmliyi haqqında məlumat verilməlidir.

 

Müəllim şagirdlərə deyir ki, siz özünüz də mətn redaktorunda hər hansı obyekt haqqında yazı hazırlaya bilərsiniz. Əgər həmin yazıda obyektin əsas əlamətləri göstərilmişsə,  onu obyektin informasiya modeli hesab etmək olar. Obyektin qrafik redaktorda çəkdiyiniz şəkli də onun informasiya modelidir.

 

İnformasiya modelini sxem, cədvəl şəklində də vermək olar. Başqa sözlə, obyekti təsvir etmək üçün müxtəlif informasiya modellərindən (mətn, qrafika, cədvəl, sxem) istifadə edilir.

 

Ümumiləşdirmə zamanı o da qeyd olunur ki, kompterdə hazırlanmış təqdimatda müxtəlif növ informasiyalar olur. Bu baxımdan təqdimat proqramları obyektin fərqli informasiya modllərini nümayiş etdirmək üçün gözəl vasitədir. Obyektin müxtəlif informasiya modellərini slaydlarda yerləşdirmək mümkündür.

 

Qiymətləndirmə:

Qiymətləndirmə “tərtibat”, “vaxtında yerinə yetirmə” meyarlarına əsasən üç səviyyədə aparılır.

 

Nuriyyə Hüseynova,

Bakı şəhər 254 nömrəli tam orta məktəbin informatika müəllimi