Paytaxtdakı 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri dünyaşöhrətli pianoçu, Əməkdar artist Adilə Əliyeva adına XVIII Beynəlxalq Musiqi Müsabiqəsinə qatılıblar. Məktəbin şagirdləri İbrahim Zəyniyev (müəllim Ənvər Həsənov, konsertmeyster Şəfəq Qafarova) Xalq calğı alətləri ifaçılığı nominasiyasında I, “Kamança” ixtisası üzrə isə Əli İmran Muradov III yerləri qazanıblar. Müsabiqə 14-21 yaş arası kateqoriyada və onlayn keçirilib.
Qeyd edək ki, bu beynəlxalq müsabiqə 1996-cı ildən təşkil edilır, əsas məqsədi isə
Azərbaycan da təmsil olunmaqla, xarici dövlətlərdən olan istedadlı gəncləri üzə çıxarmaq, onların müxtəlif ölkələrdə təhsillərinin davamına şərait yaratmaqdan ibarətdir.
Sifai SƏFƏROVA