Şagirdlər beynəlxalq müsabiqədə

Paytaxtdakı 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri dünyaşöhrətli pianoçu, Əməkdar artist Adilə Əliyeva adına XVIII Beynəlxalq Musiqi Müsabiqəsinə qatılıblar. Məktəbin şagirdləri İbrahim Zəyniyev (müəllim Ənvər Həsənov, konsertmeyster Şəfəq Qafarova) Xalq calğı alətləri ifaçılığı nominasiyasında I, “Kamança” ixtisası üzrə isə Əli İmran Muradov  III yerləri qazanıblar. Müsabiqə 14-21 yaş arası kateqoriyada və  onlayn keçirilib.

 

Qeyd edək ki, bu beynəlxalq müsabiqə 1996-cı ildən  təşkil edilır, əsas məqsədi isə

 

Azərbaycan da təmsil  olunmaqla,  xarici dövlətlərdən olan istedadlı gəncləri üzə çıxarmaq, onların   müxtəlif ölkələrdə təhsillərinin davamına şərait yaratmaqdan  ibarətdir.   

    

Sifai SƏFƏROVA

 

 



03.08.2023 | 17:13