Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş “İdman hamı üçündür!” adlı rəsm sərgisi keçirilib. Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutan sərgidə 9 yaşından 29 yaşınadək olan yeniyetmə və gənc rəssamların əl işləri nümayiş olunub.
Sərgidə iştirak edənlər ölkə rəhbəri İlham Əliyevin gənclərə və idmana olan diqqət və qayğısından söz açıblar. Bildirilib ki, sərgilərin keçirilməsi yeniyetmə və gənclərin formalaşmasında böyük əhəmiyyət kəsb edir.
Sonda 160-a yaxın rəsm nümayiş olunub. Gənc rəssamların müxtəlif idman növlərini əks etdirən idman alətləri və idman geyim nümunələri təqdim olunub. Sərgidə əsərləri nümayiş olunan müəlliflərə sertifikat təqdim olunub.
Sifai SƏFƏROVA