Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri elan edilib. İmtahan nəticələri ilə bağlı namizədlərə SMS vasitəsilə məlumat göndərilib.
Müsabiqənin test imtahanı mərhələsində 1 172 nəfər iştirak edib. İmtahanda namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunub. Növbəti mərhələyə keçid balı isə 25 olaraq müəyyənləşdirilib.
Test imtahanında uğur qazanmış namizədlər daha sonra esse mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.