Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi rayon filialında görüş keçirilib. Görüşdə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Misir Milli Opera Evinin istedadlar Mərkəzinin rəhbəri Abdelvahab əl-Said iştirak ediblər. Hər iki müəssisə rəhbərləri iş fəaliyəti haqqında danışıb və fikir mübadiləsi aparıblar.
Qonaqlar görüşdən məmnun olduğunu bildirib və Misir Milli Opera Evi ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında mədəni əlaqələrin davamı olaraq gələcək əməkdaşlıq istiqamətində müzakirə ediblər.