3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görüş

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin Nəsimi rayon filialında görüş keçirilib. Görüşdə  Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Misir Milli Opera Evinin istedadlar Mərkəzinin rəhbəri Abdelvahab əl-Said iştirak ediblər.   Hər iki  müəssisə rəhbərləri iş fəaliyəti haqqında danışıb və fikir mübadiləsi aparıblar.

 

Qonaqlar  görüşdən məmnun olduğunu bildirib və Misir Milli Opera Evi ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında mədəni əlaqələrin davamı olaraq gələcək əməkdaşlıq istiqamətində müzakirə ediblər.



04.10.2018 | 11:07