Dünyanın fənlər üzrə ən effektiv universitetləri


Qlobal dünyanın trendləri universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyyətli, yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması kimi mühüm vəzifələr qoyur. İndi əmək bazarını konkret ali təhsil müəssisəsinin diplomu deyil, daha çox keyfiyyətli  təhsil maraqlandırır. Beləliklə,  hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?

 

Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin fənlər üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti 13-cü reytinqi ( World University Rankings by Subject 2023) bu suallara cavab tapmağa imkan verir. Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün çox qiymətli  resurs rolunu oynayır. Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər. 

 

Dünya  universitetlərini 54 müxtəlif akademik fənlər üzrə qiymətləndirən reytinq 161 ölkədən olan 1594 universitetdə 15700-dən çox fərdi akademik proqramın təhlilinə əsaslanır. Ən çox ilk 10 proqramın sayı ABŞ-da (256), 145-lə Böyük Britaniya, 32-si ilə İsveçrədir. Builki reytinqdə ABŞ universitetləri 32 fənn üzrə birinci yeri tutublar.

 

Harvard Universiteti 14, Massaçusets Texnologiya İnstitutu (MIT) 11 fənn üzrə dünya  lideridir.

 

Harvard Universiteti bu fənlər üzrə birinci yerdə qərarlaşıb: tarix, biologiya elmləri, əczaçılıq və farmakologiya, psixologiya, kimya, ətraf mühit elmləri, mühasibat uçotu və maliyyə, biznes və idarəetmə tədqiqatları, iqtisadiyyat və ekonometrika, hüquq və hüquqşünaslıq, siyasət, sosiologiya, sosial siyasət və idarəetmə.

 

MIT aşağıdakı fənn sahələrində birinci yeri tutub: kimya mühəndisliyi; inşaat və struktur mühəndisliyi; kompüter elmləri və informasiya sistemləri; məlumat elmi və süni intellekt; elektrik və elektron mühəndisliyi; dilçilik; material elmləri; mexanika, aviasiya və istehsalat mühəndisliyi; riyaziyyat; fizika və astronomiya; statistika və əməliyyat tədqiqatları.

 

Britaniya universitetləri 15 fənn üzrə birinci yeri tutub. Oksford Universiteti dörd,  Kembric, London Universitet Kolleci və Kral İncəsənət Kolleci isə hər biri iki fənn, Niderland iki, İtaliya isə bir fənn üzrə  liderdir.  ETH Sürix üç fənn üzrə birinci yeri tutaraq, kontinental Avropanın ən yaxşı universiteti olub. Avstraliya  ən çox sıralanan mövzulara görə dünyada dördüncü yerdədir və H indeksinə görə ən təsirli tədqiqat yerləri üçlüyünə daxildir. Çin  top-50 proqramların sayına görə beşinci yerdədir. Hindistan ümumi performansı 17% yüksəltməklə Asiyada  ikinci ən inkişaf etmiş ölkədir. Yaponiyanın  sistemli tənəzzülü davam edir, bu ölkədən olan universitetlərin  43%-i cədvəldən aşağı düşüb, 8%-i isə yaxşılaşıb. Kanadanın Toronto Universiteti 48 təhsil proqramı üzrə dünyanın ən yaxşı 50 fənninə sahibdir.

 

Qeyd edək ki, Azərbaycanın iki ali təhsil müəssisəsi ilk dəfə  QS-in fənlər üzrə dünya universitetlərinin reytinqinə daxil olub. Azərbaycan Dillər Universiteti “müasir dillər” üzrə (301-340), Azərbaycan Dövlət İqtisad Universiteti isə “iqtisadiyyat və ekonometrika” üzrə (501-530) dünyada ən yaxşı universitetlər qrupuna daxil olub.

 

Tədqiqat gedişində bütün dünya üzrə 151  min alimin bir milyondan artıq rəyi nəzərə alınıb. 22 milyon elmi məqalə və  onlardan 150 milyon sitatgətirilmə təhlil olunub. Bundan əlavə, ali məktəblərlə bağlı 99 min işəgötürən arasında sorğu keçirilib. Tədris olunan hər bir  fənn  üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri,  elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb.

 

Tərtibçilər ali məktəbləri qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier biblioqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər.

 

Reytinq universitetin təhsil sahəsində güclü tərəflərini və akademik birliyin, işəgötürənlərin sorğularına və araşdırmaların təsirinin qiymətləndirilməsinə əsaslanan elmi araşdırmaları əks etdirir.

 

Akademik proqramlar akademik reputasiya, işəgötürən reputasiyası və fakültə tədqiqatları nəzərə alınmaqla onların fəaliyyətini effektiv şəkildə əks etdirmək üçün beş göstərici üzrə sıralanır. 

 

Akademik reputasiya 

130.000-dən çox akademikin cavablarına əsaslanaraq, respondentlərdən bu sahədə tədqiqat üçün əla hesab etdikləri 10-a qədər yerli və 30-a qədər beynəlxalq qurumu sadalamaq xahiş olunur. Sorğunun nəticələri daha sonra respondentlərin müəyyən etdiyi dar təcrübə sahəsinə uyğun olaraq süzülür.

 

İşəgötürənin reputasiyası 

İşəgötürənlərin reputasiyası göstəricisi dünya üzrə 75.000-dən çox məzun olan işəgötürənin sorğusuna cavab verir. İşəgötürənlərdən məzunların işə qəbulu üçün əla hesab etdikləri 10-a qədər yerli və 30-a qədər beynəlxalq təşkilatı müəyyən etmələri xahiş olunur. Onlardan həmçinin işə götürməyə üstünlük verdikləri fənləri müəyyənləşdirmələri xahiş olunur.

 

İstinadlar

Bütün istinad məlumatları Elsevier/Scopus-dan alınır. Az sayda çox istinad edilən məqalələrdən qaynaqlanan potensial anomaliyaların qarşısını almaq üçün hər bir mövzu üçün minimum nəşr həddi müəyyən edilir.  Həm minimum nəşrlər həddi, həm də sitat göstəricisinə tətbiq edilən çəki müəyyən sahədə yayılmış nəşrləri və sitat nümunələrini ən yaxşı şəkildə əks etdirmək üçün uyğunlaşdırılıb. 

 

H indeksi 

H-indeksi universitetdəki akademik və ya elmi heyətin həm məhsuldarlığını, həm də təsirini ölçmək üsuludur. İndeks akademikin ən çox istinad edilən məqalələri toplusuna və digər nəşrlərdə aldıqları sitatların sayına əsaslanır.

 

Beynəlxalq tədqiqat şəbəkəsi

 

IRN İndeksi institutların digər ali təhsil müəssisələri ilə davamlı tədqiqat tərəfdaşlığı qurmaqla beynəlxalq tədqiqat şəbəkəsinin coğrafiyasını diversifikasiya etmək qabiliyyətini əks etdirir. 

 

Fənlərə görə QS dünya  reytinqi beş geniş mövzu sahəsinə bölünür:  İncəsənət və humanitar elmlər; Mühəndislik və texnologiya; Həyat elmləri və tibb; Təbiət elmləri; Sosial elmlər və idarəetmə. Bu fənn sahələrinin hər biri bu sahədə təklif etdikləri dərəcə proqramlarında universitetlərin ümumi reytinqini, məsələn, mühəndislik və texnologiya sahəsi neft, mineral, mülki, maşınqayırma və elektrik mühəndisliyi, eləcə də kompüter elmləri üzrə dərəcələri təmsil edir. 

 

QS-in baş vitse-prezidenti Ben Sovter deyib:  “Bizim ən böyük fənlər üzrə reytinqimiz qlobal ali təhsildə mükəmməlliyin necə əldə edildiyini daha dərindən başa düşməyi təmin edir. Davamlı məqsədyönlü investisiya və beynəlxalq əməkdaşlıq ardıcıl olaraq irəliləyiş əldə edilə bilən sütunlardır. Bu arada, sənaye ilə əlaqələrin yaxşılaşdırılması daha yaxşı məşğulluq, tədqiqat və innovasiya nəticələri ilə əlaqələndirilir”.

 

Tutduğu

yer

   İxtisas istiqaməti

  Ali məktəb

Ölkə

1.

Maliyyə və mühasibat 

Harvard Universiteti

ABŞ

2.

Kənd təsərrüfatı və meşəçilik

Vageningen Universiteti

Niderland

3.

Anatomiya və fiziologiya

Oksford  Universiteti

Birləşmiş Krallıq

4.

Antropologiya

Oksford  Universiteti

Birləşmiş Krallıq

5.

Arxeologiya

Kembric Universiteti

Birləşmiş Krallıq

6.

Memarlıq və tikinti mühiti

London Universitet Kolleci

Birləşmiş Krallıq

7.

İncəsənət və dizayn

London  Kral İncəsənət Kolleci

Birləşmiş Krallıq

8.

Biologiya elmləri

Harvard Universiteti

ABŞ

9.

Biznes və menecment tədqiqatları

Harvard Universiteti

ABŞ

10.

Kimya

Harvard Universiteti

ABŞ

11.

Kimya mühəndisliyi

Massaçusets Texnologiya İnstitutu

ABŞ

12.

Mülki və tikinti layihələndirilməsi

Massaçusets Texnologiya İnstitutu

ABŞ

13.

Klassik və  qədim tarix

Roma La Sapienza Universiteti

İtaliya

14.

Kommunikasiya və media tədqiqatları

Amsterdam Universiteti

Niderland

15.

Kompüter elmləri və informasiya sistemləri

Massaçusets Texnologiya İnstitutu

ABŞ

16.

Stomatologiya

Michigan-Ann Arbor Universiteti

ABŞ

17.

Beynəlxalq inkişaf tədqiqatları

Sussex Universiteti

Birləşmiş Krallıq

18.

Yerin  və dünya okeanının tədqiqi

Sürix Ali Texnik Məktəbi

İsveçrə

19.

İqtisadiyyat və ekonometrika

Harvard Universiteti

ABŞ

20.

Təhsil və təlim

London Universitet Kolleci

Birləşmiş Krallıq

21.

Elektrik və elektron mühəndisliyi

Massaçusets Texnologiya İnstitutu

ABŞ

22.

İngilis dili və ədəbiyyatı

Oksford Universiteti

Birləşmiş Krallıq

23.

Ekoloji tədqiqatlar

Harvard  Universiteti

ABŞ

24.

Coğrafiya

Oksford Universiteti

Birləşmiş Krallıq

25.

Tarix

Harvard Universiteti

ABŞ

26.

Otel biznesi və idarəetmə

Lozanna Otel İdarəetmə Məktəbi

İsveçrə

27.

Hüquq və tədqiqatlar

Harvard Universiteti

ABŞ

28.

Kitabxana və informasiya  idarəçiliyi

Şeffild Universiteti

Birləşmiş Krallıq

29.

Geofizika

Sürix Ali Texnik Məktəbi

İsveçrə

30.

Mühəndislik texnologiyası

Massaçusets Texnologiya İnstitutu

ABŞ

31.

Riyaziyyat

Massaçusets Texnologiya İnstitutu

ABŞ

32.

Mexanika, aviasiya və sənaye mühəndisliyi

Massaçusets Texnologiya İnstitutu

ABŞ

33.

Tibb və həyat elmləri

Harvard Universiteti

ABŞ

34.

Dağ-mədən sənayesi  mühəndisliyi 

Kolorado ştat Universiteti

ABŞ

35.

Müasir dillər

Kembric  Universiteti

Birləşmiş Krallıq

36.

Tibb bacısı işi

Pensilvaniya Universiteti

ABŞ

37.

İncəsənətin praktik növləri

Kral Musiqi Kolleci

Birləşmiş Krallıq

38.

Əczaçılıq və farmakologiya

Harvard Universiteti

ABŞ

39.

Fəlsəfə

Nyu-York Universiteti

ABŞ

40.

Fizika  və astronomiya

Massaçusets Texnologiya İnstitutu

ABŞ

41.

Siyasət və beynəlxalq tədqiqatlar

Harvard Universiteti

ABŞ

42.

Psixologiya

Harvard Universiteti

ABŞ

43.

Sosial siyasət və idarəetmə

Harvard Universiteti

ABŞ

44.

Sosiologiya

Harvard Universiteti

ABŞ

45.

İdman elmləri

Lafoboro  Universiteti

Birləşmiş Krallıq

46.

Statistika və əməliyyat tədqiqatları

Massaçusets Texnologiya İnstitutu

ABŞ

47.

İlahiyyat və dinşünaslıq

Notrdam Universiteti

ABŞ

48.

Baytarlıq

London Universiteti Kral Baytarlıq Kolleci

Birləşmiş Krallıq

49.

Marketinq

Pensilvaniya Universiteti 

ABŞ

50.

Data elmləri

Massaçusets Texnologiya İnstitutu

ABŞ

51.

Neft mühəndisliyi

Ostin Texas Universiteti

ABŞ

52.

Linqvistika

Massaçusets Texnologiya İnstitutu

ABŞ

53.

İncəsənət tarixi 

Kral İncəsənət Kolleci

Birləşmiş Krallıq

54.

Geologiya

Sürix Ali Texnik Məktəbi

İsveçrə

 

Oruc MUSTAFAYEV