Gəncə Dövlət Universitetində (GDU) Ombudsman Aparatının  Gəncə Regional Mərkəzinin dəstəyi ilə “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş  “Sağlam ol, gələcəyini düşün” adlı maarifləndirici tədbir keçirilib.

 

GDU-dan bildirilib ki, tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri Afaq Əsədova QİÇS-lə  (immunçatışmazlığı virusu) bağlı tələbələri maarifləndirib, onun yayılma səbəbləri və ondan qorunmaq üsulları barədə gənclərə məlumat verib.  

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.

 

Nəzrin SEYİDƏLİYEVA