“Sağlam ol, gələcəyini düşün” | |
Gəncə Dövlət Universitetində (GDU) Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin dəstəyi ilə “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş “Sağlam ol, gələcəyini düşün” adlı maarifləndirici tədbir keçirilib.
GDU-dan bildirilib ki, tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri Afaq Əsədova QİÇS-lə (immunçatışmazlığı virusu) bağlı tələbələri maarifləndirib, onun yayılma səbəbləri və ondan qorunmaq üsulları barədə gənclərə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Nəzrin SEYİDƏLİYEVA
|
|
06.12.2022 | 15:06 | |
|
|
|