Hüseyn Quliyev: “İki yaş qrupu üzrə keçirilən beynəlxalq müsabiqənin qalibi oldum”


Uşaq və yeniyetmələrin musiqiyə maraqlarının artması bir neçə amillə bağlıdır. Dövlət tərəfindən muğamımıza göstərilən diqqət və qayğı  artıq səkkizinci dəfə   kiçik yaşlı , eləcə də  yeniyetmə və gənc yaşında olan istedad sahiblərinin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb elədi. Dünya musiqi həvəskarlarının diqqətlə izlədiyi bu kimi müsabiqələr istedad sahibləri üçün  gələcəkdə böyük səhnələrə  çıxmaq və özünü təsdiqləmək üçün körpü rolunu oynadı. Eyni diqqət və qayğı vokal sənətinin və  estrada musiqisinin inkişafına da yönəldi. Hər il ölkəmizdə və beynəlxalq miqyasda keçirilən müsabiqələr nəticəsində  musiqinin bu növlərinin inkişafına nail olunmaqla bərabər dünya estradasına çıxa biləcək onlarla  istedad sahiblərimiz  də  kiçik səhnələrdən böyük səhnələrə yol aça bildilər. Bu gün belə müsabiqələrdən biri və həmin müsabiqənin birincisi barədə  söhbət açmağı qərarlaşdırdıq.  

 

Birinci yerin qalibi

 

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan beynəlxalq müsabiqə keçirilib. Müsabiqəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi təşkil edib. “İslam dünyası” gənc klassik musiqi ifaçılarının bu növbəti  XI müsabiqəsində  məktəb-studiyanın fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Hüseyn Quliyev qalib adını qazanaraq  birinci yerə layiq görülüb.

 

İki  yaş qrupu üzrə

 

İki yaş qrupu üzrə iki nominasiya uğrunda müsabiqəyə  qatılan 10-a yaxın ölkənin  20 yaşadək olan uşaq, yeniyetmə və gənci  öz istedad və bacarıqlarını ortaya qoyublar.

 

Professor yeniyetmənin haqqında

 

Yeniyetmə Hüseynin ifasından xüsusilə razılıq edən beynəlmiləl tərkibli münsiflər heyətinin sədri, BMA-nın prorektoru, professor  Yeganə Axundova  yaşadığı sevinc hisslərini  sonda belə ifadə edib:

- Hər il keçirilən bu müsabiqə  hər dəfə də yeni  istedad sahiblərini kəşf edir. Bu dəfə BMA-nın məktəb-studiyasının yetirməsi olan Hüseyn Quliyev yaşının az olmasına  baxmayaraq, daxili xarizması, parlaq artistizmi, özünəməxsus ifası və əsərlərin dramaturgiyasına dərindən nüfuz etmə bacarığı  ilə dinləyiciləri valeh edə bildi. Beynəlxalq münsiflərin demək olar ki, bütün üzvləri   bu yeniyetmə  istedadın yaşına uyğun olmayan virtuoz imkanlarını  yüksək dəyərləndirərək, yekdilliklə onun musiqi-ifaçılıq sənətində parlaq gələcəyini  gördüklərini proqnozlaşdırdılar.

 

Qeyd edək ki, bir ay öncə yarışmaya ciddi hazırlaşmağa start verən  Hüseyn bu mötəbər istedad yarışmasında Fikrət Əmirovun variasiayaları  və Carl Czernynin əsərləri ilə istedad və bacarığını nümayiş etdirmişdir.

 

Sifai SƏFƏROVA