10-18 iyul 2022-ci il tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadası (onlayn)  keçirilib. Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli olimpiadada gümüş medal qazanıb. Azərbaycanın daha 3 məktəblisi isə olimpiadanın bürünc medalına sahib olub.

 

Həmin tarixlərdə İsveçrədə Beynəlxalq Fizika Olimpiadası (onlayn) təşkil edilib. Azərbaycan məktəbliləri olimpiadada uğurla çıxış edərək, 2 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar. “Gənc istedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev olimpiadanın həvəsləndirici mükafatını əldə edib.

 

Bu barədə BDU-dan bildirilib.