“Gənc istedadlar” liseyi şagirdlərinin növbəti uğuru | |
10-18 iyul 2022-ci il tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadası (onlayn) keçirilib. Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli olimpiadada gümüş medal qazanıb. Azərbaycanın daha 3 məktəblisi isə olimpiadanın bürünc medalına sahib olub.
Həmin tarixlərdə İsveçrədə Beynəlxalq Fizika Olimpiadası (onlayn) təşkil edilib. Azərbaycan məktəbliləri olimpiadada uğurla çıxış edərək, 2 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar. “Gənc istedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev olimpiadanın həvəsləndirici mükafatını əldə edib.
Bu barədə BDU-dan bildirilib.
|
|
19.07.2022 | 14:18 | |
|
|
|