Türkiyənin Qars şəhərində keçirilən “King of kings” yarışında “Xocalı” idman klubunun kikboksingçiləri da öz güclərini sınayıblar.
Azərbaycan Kikboksing Federasiyasını təmsil edən klub üzvləri bu güc yarışmasında 21 qızıl və 5 gümüş medal qazanıblar. Klubun baş məşqçisi Əli Səmədov qələbəni böyük uğur kimi dəyərləndirərək əldə olunan nailiyyətin klub üzvlərinin əhval-ruhiyyələrinin yüksəlməsində mühüm rol oynadığını söyləyib. Deyib ki, qarşıda onları gözləyən məsuliyyətli yarışlarda bu qələbə komandanın hər bir üzvünü qalib olmağa ruhlandıracaq.
Sifai SƏFƏROVA