“Xocalı” klubunun kikboksingçiləri Türkiyədən qələbə ilə qayıdıblar

Türkiyənin  Qars şəhərində keçirilən “King of kings” yarışında  “Xocalı” idman klubunun kikboksingçiləri  da öz güclərini sınayıblar.

 

Azərbaycan Kikboksing Federasiyasını təmsil edən klub üzvləri bu güc yarışmasında 21 qızıl və 5 gümüş medal qazanıblar. Klubun baş məşqçisi Əli Səmədov qələbəni böyük uğur  kimi dəyərləndirərək  əldə olunan nailiyyətin klub üzvlərinin əhval-ruhiyyələrinin  yüksəlməsində  mühüm rol oynadığını söyləyib. Deyib ki,  qarşıda  onları  gözləyən  məsuliyyətli yarışlarda bu qələbə  komandanın hər bir üzvünü  qalib olmağa ruhlandıracaq.

     

Sifai SƏFƏROVA



22.06.2022 | 16:18