Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə "Sahibkar kimi düşün” mövzusunda təlim keçirilib. Təlim MDU-da rəqəmsal media bacarıqlarının artırılması məqsədilə təşkil edilən proqram çərçivəsində baş tutub.
Universitetin tələbə və magistrantlarının qatıldığı təlimdə təqdimatla çıxış edən KİM-in direktoru Cəlil Bağırov sahibkar kimi düşünmək bacarıqlarının inkişaf etdirilməsinin önəmindən danışıb və iştirakçılara mövzu ilə bağlı praktiki tapşırıqlar verib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.