Mingəçevir Dövlət Universitetində "Sahibkar kimi düşün” mövzusunda təlim

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə "Sahibkar kimi düşün” mövzusunda təlim keçirilib. Təlim MDU-da rəqəmsal media bacarıqlarının artırılması məqsədilə təşkil edilən proqram çərçivəsində baş tutub.

 

Universitetin tələbə və magistrantlarının qatıldığı təlimdə təqdimatla çıxış edən KİM-in direktoru Cəlil Bağırov sahibkar kimi düşünmək bacarıqlarının inkişaf etdirilməsinin önəmindən danışıb və iştirakçılara mövzu ilə bağlı praktiki tapşırıqlar verib.

 

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 



07.04.2022 | 18:24