Xorvatiyanın Poreç şəhərində boks idman növü üzrə 22 yaşadək boksçular arasında Avropa çempionatı keçirilib.


39 ölkədən 315 idmançının qatıldığı Avropa çempionatında Azərbaycan milli yığma komandası 7 nəfər idmançı ilə təmsil olunub. Yığmanın tərkibində “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Nihat Hüseynov 51 kq çəki dərəcəsində I yeri tutaraq Avropa çempionu olub. 


Gəncə şəhər uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Nəbi İsgəndərov isə 67 kq çəki dərəcəsində bürünc medal qazanıb.


Azərbaycan yığma komandası 11 gün davam edən qitə birinciliyində 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxıb.