Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları U-22 Avropa çempionatının qızıl və bürünc medalını qazanıb

Xorvatiyanın Poreç şəhərində boks idman növü üzrə 22 yaşadək boksçular arasında Avropa çempionatı keçirilib.


39 ölkədən 315 idmançının qatıldığı Avropa çempionatında Azərbaycan milli yığma komandası 7 nəfər idmançı ilə təmsil olunub. Yığmanın tərkibində “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Nihat Hüseynov 51 kq çəki dərəcəsində I yeri tutaraq Avropa çempionu olub. 


Gəncə şəhər uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Nəbi İsgəndərov isə 67 kq çəki dərəcəsində bürünc medal qazanıb.


Azərbaycan yığma komandası 11 gün davam edən qitə birinciliyində 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxıb.

 

 



28.03.2022 | 15:46