AMEA, BDU, ADPU və ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələrindən ibarət 23 nəfərlik heyət Türkiyənin Ankara şəhərində yerləşən İhsan Doğramacı adına Bilkent Universitetndə üç həftəlik beynəlxalq seminarda iştirak edib. Azərbaycandan gedən qrupa ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tədris işləri üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Məhbubə Məmmədova rəhbərlik edib.
“ Kurs müddətində Türkiyənin tanınmış universitetlərinin dilçi və ədəbiyyatşünas alimlərindən müxtəlif fənlərin tədrisi zamanı tariximiz və dilimizlə bağlı meydana çıxan problemlərin həlli istiqamətində dəyərli məlumatlar əldə etdik. İstirahət günləri qrupun üzvləri paytaxtın tarixi yerlərində oldu. Sonra Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Bilkent Universitetinin yaradıcısı,Türk dünyasının böyük oğlu professor, Dr.İhsan Doğramacınin, Azərbaycan Xalq Cühuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət etdik. Eyni zamanda “Şəhid Cümə Dağ Təbiət Tarixi” muzeyi ilə yaxından tanış olduq”- deyə M.Məmmədova bizimlə söhbətində bildirib.
Sonda seminar iştirakçılarına fəal iştiraklarına görə universitet rəhbərliyi tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.
Şakir CƏFƏROV