Beynəlxalq sertifikatlar təqdim olunub

AMEA, BDU, ADPU  və ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin  müəllim və tələbələrindən  ibarət 23 nəfərlik heyət Türkiyənin Ankara şəhərində yerləşən İhsan Doğramacı adına Bilkent Universitetndə üç həftəlik beynəlxalq   seminarda  iştirak edib. Azərbaycandan gedən qrupa  ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin  tədris işləri üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Məhbubə Məmmədova rəhbərlik edib.

 

“ Kurs müddətində Türkiyənin tanınmış universitetlərinin dilçi və ədəbiyyatşünas alimlərindən müxtəlif  fənlərin tədrisi zamanı tariximiz və dilimizlə bağlı meydana çıxan  problemlərin həlli istiqamətində dəyərli məlumatlar əldə etdik. İstirahət  günləri qrupun üzvləri paytaxtın tarixi yerlərində oldu. Sonra Türkiyə Cümhuriyyətinin  qurucusu Mustafa Kamal Atatürkün,  Bilkent Universitetinin yaradıcısı,Türk  dünyasının böyük oğlu professor, Dr.İhsan Doğramacınin, Azərbaycan Xalq Cühuriyyətinin  qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət etdik. Eyni zamanda “Şəhid Cümə Dağ Təbiət Tarixi”  muzeyi ilə yaxından  tanış olduq”- deyə M.Məmmədova bizimlə söhbətində bildirib.

  

Sonda  seminar iştirakçılarına fəal iştiraklarına görə universitet rəhbərliyi tərəfindən   beynəlxalq sertifikatlar  təqdim olunub. 

                                                                                                 

Şakir CƏFƏROV 



31.07.2018 | 11:37