2021-2022-ci tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul planında nəzərdə tutulmuş yerlər  87 faiz dolub.

 

Universitetdən bildirilib ki,  bu ilki tələbə qəbulunun ilkin nəticələrinə görə, 900 abituriyent dövlət sifarişli, 802 gənc isə ödənişli əsaslarla AzMİU-nun tələbəsi adını qazanıb.
Fakültələr  arasında qəbul faizlərinə görə, hər il oduğu kimi, memarlıq (96), tikinti-iqtisad (96), su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (99) fakültələri öndədir.  Ən zəif göstərici inşaat-texnologiya fakültəsində (44 faiz) qeydə alınıb.
Qəbul planında 1, 2 və 5-ci ixtisas qrupları üzrə boş qalan yerlər üçün elan olunmuş müsabiqə bu rəqəmlərdə dəyişiklik yarada bilər.

 

Məlumat üçün bildirək ki, 1-ci qrupda ölkə üzrə ümumi vakant yerlərin sayı 1 762, 2-ci qrupda 3048, 5-ci qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 90-dır.
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq.