AzMİU-nun qəbul planı 87 faiz dolub | |
2021-2022-ci tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul planında nəzərdə tutulmuş yerlər 87 faiz dolub.
Universitetdən bildirilib ki, bu ilki tələbə qəbulunun ilkin nəticələrinə görə, 900 abituriyent dövlət sifarişli, 802 gənc isə ödənişli əsaslarla AzMİU-nun tələbəsi adını qazanıb.
Məlumat üçün bildirək ki, 1-ci qrupda ölkə üzrə ümumi vakant yerlərin sayı 1 762, 2-ci qrupda 3048, 5-ci qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 90-dır.
|
|
08.09.2021 | 17:13 | |
|
|
|