Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi "Sikorski Çellenc- 2021” (Sikorsky Challenge) startap festivalında iştirak edib.
Ukraynada keçirilən festivalda ADNSU-nun "Eazi Start" Startap və İnnovasiya Mərkəzi 4 layihə ilə iştirak edib. Layihələrin 3-ü təqdimat şəklində, biri isə stend şəklində təqdim olunub. ADNSU-nun “Su dronu” layihəsi yüksək texnologiyalar bölməsində ən yaxşı ideya kimi mükafata layiq görülüb. “UManage” layihəsi isə uğurlu təqdimatdan sonra bir sıra əcnəbi şirkət nümayəndələri və investorlar tərəfindən yüksək qiymətləndirilib.
4 günlük festivala 6 bölmə üzrə 300-dən çox layihə ilə müraciət olunub.
Bu barədə ADNSU-dan bildirilib.