ADNSU-nun startap layihəsi Ukraynada mükafata layiq görülüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi "Sikorski Çellenc- 2021” (Sikorsky Challenge) startap festivalında iştirak edib.

 

Ukraynada keçirilən festivalda ADNSU-nun "Eazi Start" Startap və İnnovasiya Mərkəzi 4 layihə ilə iştirak edib. Layihələrin 3-ü təqdimat şəklində,  biri isə stend şəklində təqdim olunub.  ADNSU-nun “Su dronu” layihəsi yüksək texnologiyalar bölməsində ən yaxşı ideya kimi mükafata layiq görülüb. “UManage” layihəsi isə uğurlu təqdimatdan sonra bir sıra əcnəbi şirkət nümayəndələri və investorlar tərəfindən yüksək qiymətləndirilib.

 

4 günlük festivala 6 bölmə üzrə 300-dən çox layihə ilə müraciət olunub.

 

Bu barədə ADNSU-dan bildirilib.

 

 



20.08.2021 | 15:26