Azərbaycan Tibb Universitetində  (ATU) Əczaçılıq ixtisasının Əczaçılıq kimyası, Toksikoloji kimya, Farmakoqnoziya, Əczaçılıq texnologiyası,  Əczaçılığın təşkili  ixtisaslaşmaları üzrə 2-ci kurs magistrantların onlayn formatda dissertasiya işinin müdafiəsi keçirilib.

 

Universitetdən bildirilib ki,  bu il ATU-da magistratura təhsil pilləsini 13 magistr bitirir: Əczaçılıq kimyası - 3 nəfər, Toksikoloji kimya - 3 nəfər, Farmakoqnoziya - 3 nəfər, Əczaçılıq texnologiyası - 3 nəfər, Əczaçılığın təşkili - 1 nəfər.

 

Qeyd edilib ki,  ATU-da ilk dəfə olaraq xarici vətəndaş - Kamerun vətəndaşı Myriam Mopia ingilis dilində müdafiə edərək Farmakoqnoziya ixtisası üzrə magistr dərəcəsinə layiq görülüb.