ATU-da magistratura pilləsini bitirən 13 nəfərdən biri xarici vətəndaşdır | |
Azərbaycan Tibb Universitetində (ATU) Əczaçılıq ixtisasının Əczaçılıq kimyası, Toksikoloji kimya, Farmakoqnoziya, Əczaçılıq texnologiyası, Əczaçılığın təşkili ixtisaslaşmaları üzrə 2-ci kurs magistrantların onlayn formatda dissertasiya işinin müdafiəsi keçirilib.
Universitetdən bildirilib ki, bu il ATU-da magistratura təhsil pilləsini 13 magistr bitirir: Əczaçılıq kimyası - 3 nəfər, Toksikoloji kimya - 3 nəfər, Farmakoqnoziya - 3 nəfər, Əczaçılıq texnologiyası - 3 nəfər, Əczaçılığın təşkili - 1 nəfər.
Qeyd edilib ki, ATU-da ilk dəfə olaraq xarici vətəndaş - Kamerun vətəndaşı Myriam Mopia ingilis dilində müdafiə edərək Farmakoqnoziya ixtisası üzrə magistr dərəcəsinə layiq görülüb.
|
|
07.07.2021 | 11:08 | |
|
|
|