Ağdam rayon 91 nömrəli tam orta məktəbdə V, VI sinif şagirdləri arasında böyük mütəfəkkir şair  Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən  intellektual yarış  təşkil olunub.

    

Təhsil şöbəsindən bildirilib ki, şagirdlər tərəfindən böyük maraqla qarşılanan yarışda məktəblilər yüksək fəallıq nümayiş etdirib.   

 

Sonda  fəal iştirakçılara  Azərkitab - Kitab Təbliğatı Mərkəzinin hədiyyə etdiyi kitablar  təqdim olunub.

 

Şakir Cəfərov