Şagirdlər arasında intellektual yarış | |
Ağdam rayon 91 nömrəli tam orta məktəbdə V, VI sinif şagirdləri arasında böyük mütəfəkkir şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən intellektual yarış təşkil olunub.
Təhsil şöbəsindən bildirilib ki, şagirdlər tərəfindən böyük maraqla qarşılanan yarışda məktəblilər yüksək fəallıq nümayiş etdirib.
Sonda fəal iştirakçılara Azərkitab - Kitab Təbliğatı Mərkəzinin hədiyyə etdiyi kitablar təqdim olunub.
Şakir Cəfərov
|
|
20.05.2021 | 17:26 | |
|
|
|