Füzuli rayonu 45 nömrəli tam orta məktəbdə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Kərpickəsən kişinin dastanı” adlı səhnəcik nümayiş etdirilib.
Füzuli rayon təhsil şöbəsindən verilən məlumata görə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında hazırlanmış səhnəcikdə zəhmətsevərlik, halallıq, təvazökarlıq kimi ülvi mənəvi keyfiyyətlər təqdir edilib, lovğalıq, müftəxorluq, tənbəllik kimi naqisliklər tənqid olunub.
Səhnəciyin hazırlanması və səhnəyə qoyulmasında məktəbin müəllimi Günay Umudlu ilə bərabər, V sinif şagirdlərindən Hacı Nəzirli, Adəm Aslanzadə və Ülvi Süleymanov da fəal iştirak ediblər.
Şakir CƏFƏROV