“Kərpickəsən kişinin dastanı”

Füzuli rayonu 45 nömrəli tam orta məktəbdə  dahi şair Nizami  Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Kərpickəsən kişinin dastanı” adlı səhnəcik nümayiş etdirilib.

 

Füzuli rayon təhsil şöbəsindən verilən məlumata görə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında hazırlanmış səhnəcikdə zəhmətsevərlik, halallıq, təvazökarlıq kimi ülvi mənəvi keyfiyyətlər təqdir edilib, lovğalıq, müftəxorluq, tənbəllik kimi naqisliklər tənqid olunub.

 

Səhnəciyin hazırlanması və səhnəyə qoyulmasında məktəbin  müəllimi Günay Umudlu ilə bərabər, V sinif şagirdlərindən Hacı Nəzirli, Adəm Aslanzadə və Ülvi Süleymanov da fəal  iştirak ediblər.

 

Şakir CƏFƏROV



03.04.2021 | 14:22