YAP-ın VII qurultayında Azərbaycanın son illərdə keçdiyi tarixi və şərəfli yola hərtərəfli qiymət verilmişdir. Qeyd olunmuşdur ki, 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur:
- 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir.
- Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmiş, ört-basdır etmək istəmişdir, çünki onların da əli Azərbaycan xalqının qanına batmışdı;
- Konstitusiya yalnız Ulu Öndərin dövründə qəbul edildi;
- Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Ulu Öndər tərəfindən ləğv edildi;
- Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı;
- Azərbaycan beynəlxalq təcriddən çıxdı, hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı;
- Ölkəyə böyük investisiyalar cəlb edildi;
- Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi;
- Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.