Azərbaycan üçün həlledici illər | |
YAP-ın VII qurultayında Azərbaycanın son illərdə keçdiyi tarixi və şərəfli yola hərtərəfli qiymət verilmişdir. Qeyd olunmuşdur ki, 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur:
- 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. - Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmiş, ört-basdır etmək istəmişdir, çünki onların da əli Azərbaycan xalqının qanına batmışdı; - Konstitusiya yalnız Ulu Öndərin dövründə qəbul edildi; - Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Ulu Öndər tərəfindən ləğv edildi; - Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı; - Azərbaycan beynəlxalq təcriddən çıxdı, hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı; - Ölkəyə böyük investisiyalar cəlb edildi; - Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi; - Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
|
|
09.03.2021 | 12:50 | |
|
|
|