Dünya universitetlərinin növbəti nüfuz sıralaması açıqlanıb
2020-ci ilin pandemiya böhranının bütün dünyada ali məktəblərin normal akademik və elmi fəaliyyətini pozmasına baxmayaraq bir sıra universitetlər hazırkı ağır dövrdə də qlobal reytinqlərdə öz mövqelərini yaxşılaşdıra biliblər. Bəzi ekspertlərə görə, COVID-19 universitetlərin nüfuzunu bərpa etmək şansıdır. Universitetlər cəmiyyətdə öz populyarlıqlarını artırmaq üçün kommersiya dünyası ilə daha çox strateji tərəfdaşlıq yaratmalıdırlar.
Böyük Britaniyanın “Times Highers Rankings” nəşrinin növbəti 2020-ci il üzrə tərtib etdiyi dünya universitetlərinin yeni nüfuz sıralamasından (World Reputation Rankings 2020) da görünür ki, pandemiyanın qarşısının alınması istiqamətində universitetlərin elmi tədqiqatlara daha artıq fokuslanması və bu sahədə dünya elminə töhfə verməsi, eləcə də inkişafyönümlü strateji planları onlara akademik mühitdə daha da üstünlük qazandırıb. Reytinqdən göründüyü kimi, Harvard Universiteti ardıcıl olaraq 10-cu ildir ki, reytinqə rəhbərlik edir. ABŞ sıralamada 60 ali təhsil müəssisəsi ilə ən çox təmsil olunan ölkə olaraq qalır. Reytinqin 10-luğu yeganə istisna ilə ötən ildəki kimi dəyişməz olaraq qalır. Yalnız 10-cu sırada Yaponiyanın Tokio Universiteti yer alıb. Bununla da gündoğar ölkənin ən məşhur ali təhsil müəssisəsi Amerikanın digər nüfuzlu ali məktəbi olan Çikaqo Universitetini 12-ci yerə sıxışdırıb. Böyük Britaniya reytinqdə yer almış ali təhsil müəssisələrinin sayına görə (25) 2-ci yerdədir. Böyük Britaniya universitetləri arasında liderlik Kembric Universitetinə (4-cü yer) məxsusdur. Almaniya ali təhsil müəssisələrinin sayına görə (14) 3-cü mövqedədir. Almaniya ali məktəbləri arasında liderlik 42-ci yerdə olan Münhen Universitetinə məxsusdur.
Bu il M.V.Lomonosov adına Moskva Dövlət Universiteti də dünyanın aparıcı universitetlərinin nüfuz sıralamasında 37-ci yerə qədər yüksəlib.
Reytinqdə, ümumiyyətlə, 30 ölkə yer alıb, ötən il onların sayı 19 olub. “Times Highers Education World Reputation Rankings 2020” dünyanın ən böyük ictimai rəy sorğusuna əsaslanır. Reytinq alimlərdən öz sahəsində tədqiqat və tədris üçün ən yaxşı olduğunu düşündükləri 15-dən çox universitetin adını çəkmələrini xahiş edir.
2020-ci ilin reytinqi genişləndirilib və əvvəlki illərdəki 100 ali məktəblə müqayisədə 200 universiteti əhatə edir. Reytinq tərtib edilərkən beş qrupa bölünmüş 13 meyar nəzərə alınıb. Onların sırasında elmi məqalələrdən sitatgətirilmə, innovasiyalara töhfə, tədqiqat fəaliyyətindən əldə olunan gəlirlər, tədrisin keyfiyyəti və universitetin qloballıq dərəcəsi, yəni ən yaxşı işçiləri və xarici tələbələri cəlb etmək imkanları var.
Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2020/reputation-ranking səhifəsindən tanış olmaq olar.
Rey-tinq |
Ali məktəbin adı |
Ölkə |
Tələbələrin ümumi sayı |
Tələbə -müəllim nisbəti |
Əcnəbi tələbə sayı |
Qadın-kişi nisbəti |
1 |
ABŞ |
20,823 |
9.2 |
24% |
49 : 51 |
|
2 |
ABŞ |
11,247 |
8.6 |
34% |
39 : 61 |
|
3 |
ABŞ |
16,135 |
7.3 |
23% |
43 : 57 |
|
4 |
Böyük Britaniya |
18,978 |
10.9 |
37% |
47 : 53 |
|
5 |
Böyük Britaniya |
20,664 |
11.2 |
41% |
46 : 54 |
|
6 |
ABŞ |
41,081 |
13.7 |
17% |
50 : 50 |
|
7 |
ABŞ |
7,983 |
8.1 |
25% |
45 : 55 |
|
8 |
ABŞ |
12,402 |
5.4 |
20% |
50 : 50 |
|
9 |
ABŞ |
41,066 |
9.4 |
17% |
54 : 46 |
|
10 |
Yaponiya |
25,913 |
10.6 |
12% |
əks |
|
11 |
ABŞ |
2,240 |
6.4 |
30% |
34 : 66 |
|
12 |
ABŞ |
13,833 |
5.7 |
28% |
46 : 54 |
|
13 |
Çin |
38,783 |
12.0 |
11% |
34 : 66 |
|
14 |
ABŞ |
26,586 |
5.8 |
37% |
əks |
|
15 |
ABŞ |
42,982 |
8.3 |
17% |
49 : 51 |
|
16 |
Çin |
39,575 |
11.5 |
15% |
46 : 54 |
|
17 |
İsveçrə |
18,956 |
12.5 |
39% |
32 : 68 |
|
18 |
Böyük Britaniya |
32,665 |
10.6 |
52% |
57 : 43 |
|
19 |
ABŞ |
16,171 |
4.5 |
26% |
52 : 48 |
|
=20 |
ABŞ |
20,578 |
6.5 |
21% |
52 : 48 |
|
=20 |
Kanada |
73,370 |
20.1 |
21% |
59 : 41 |
|
22 |
Böyük Britaniya |
16,760 |
11.7 |
56% |
38 : 62 |
|
23 |
Yaponiya |
22,566 |
9.0 |
9% |
24 : 76 |
|
24 |
Sinqapur |
30,869 |
17.9 |
28% |
51 : 49 |
|
25 |
ABŞ |
22,319 |
9.8 |
25% |
49 : 51 |
|
26 |
Böyük Britaniya |
10,570 |
12.1 |
71% |
53 : 47 |
|
27 |
ABŞ |
44,466 |
8.9 |
33% |
57 : 43 |
|
28 |
ABŞ |
15,309 |
4.3 |
19% |
49 : 51 |
|
29 |
ABŞ |
45,692 |
11.1 |
16% |
53 : 47 |
|
30 |
ABŞ |
49,165 |
17.2 |
10% |
52 : 48 |
|
31 |
Böyük Britaniya |
29,433 |
12.8 |
41% |
60 : 40 |
|
32 |
ABŞ |
44,916 |
17.9 |
24% |
47 : 53 |
|
33 |
ABŞ |
39,154 |
10.0 |
13% |
əks |
|
=34 |
ABŞ |
33,579 |
13.0 |
23% |
46 : 54 |
|
=34 |
ABŞ |
17,951 |
12.8 |
20% |
49 : 51 |
|
36 |
ABŞ |
13,430 |
13.6 |
48% |
41 : 59 |
|
37 |
Rusiya |
29,235 |
7.3 |
29% |
48 : 52 |
|
38 |
Kanada |
52,108 |
18.1 |
32% |
55 : 45 |
|
39 |
Avstraliya |
47,385 |
26.3 |
46% |
56 : 44 |
|
=40 |
Kanada |
31,294 |
13.0 |
29% |
58 : 42 |
|
=40 |
Tayvan |
27,254 |
11.1 |
11% |
40 : 60 |
|
=42 |
İsveçrə |
10,492 |
11.4 |
59% |
28 : 72 |
|
=42 |
Almaniya |
34,519 |
34.7 |
17% |
61 : 39 |
|
44 |
ABŞ |
21,372 |
18.3 |
27% |
33 : 67 |
|
45 |
Cənubi Koreya |
26,182 |
12.4 |
12% |
əks |
|
46 |
Fransa |
21,298 |
11.5 |
26% |
46 : 54 |
|
47 |
Böyük Britaniya |
26,057 |
12.5 |
44% |
62 : 38 |
|
=48 |
Böyük Britaniya |
37,038 |
14.4 |
40% |
53 : 47 |
|
=48 |
ABŞ |
35,419 |
9.4 |
8% |
57 : 43 |
|
=50 |
ABŞ |
əks |
əks |
əks |
əks |
|
=50 |
Fransa |
43,076 |
13.5 |
19% |
58 : 42 |
|
51-60 |
ABŞ |
39,164 |
12.0 |
14% |
58 : 42 |
|
51-60 |
Niderland |
18,743 |
20.2 |
30% |
29 : 71 |
|
51-60 |
Çin |
32,537 |
11.2 |
12% |
53 : 47 |
|
51-60 |
Almaniya |
20,800 |
16.1 |
18% |
54 : 46 |
|
51-60 |
Honkonq |
18,260 |
18.2 |
44% |
54 : 46 |
|
51-60 |
Belçika |
45,049 |
36.3 |
15% |
50 : 50 |
|
51-60 |
ABŞ |
61,120 |
12.4 |
11% |
52 : 48 |
|
51-60 |
Sinqapur |
25,088 |
15.9 |
27% |
48 : 52 |
|
51-60 |
Çin |
38,853 |
11.1 |
13% |
44 : 56 |
|
51-60 |
Avstraliya |
45,111 |
20.1 |
39% |
58 : 42 |
|
51-60 |
Almaniya |
40,472 |
47.8 |
27% |
34 : 66 |
|
61-70 |
Niderland |
26,723 |
13.5 |
18% |
56 : 44 |
|
61-70 |
Almaniya |
33,463 |
56.1 |
17% |
əks |
|
61-70 |
İsveç |
7,777 |
9.0 |
20% |
68 : 32 |
|
61-70 |
Cənubi Koreya |
9,481 |
10.2 |
8% |
20 : 80 |
|
61-70 |
Yaponiya |
22,892 |
7.4 |
11% |
32 : 68 |
|
61-70 |
ABŞ |
46,204 |
15.3 |
16% |
46 : 54 |
|
61-70 |
ABŞ |
40,451 |
15.7 |
23% |
43 : 57 |
|
61-70 |
Çin |
16,245 |
7.7 |
4% |
əks |
|
61-70 |
ABŞ |
36,929 |
11.7 |
25% |
53 : 47 |
|
61-70 |
Çin |
33,427 |
10.7 |
22% |
23 : 77 |
|
71-80 |
Avstraliya |
17,359 |
17.8 |
44% |
52 : 48 |
|
71-80 |
ABŞ |
25,662 |
11.6 |
27% |
60 : 40 |
|
71-80 |
ABŞ |
9,391 |
10.8 |
20% |
əks |
|
71-80 |
Danimarka |
31,219 |
4.3 |
17% |
57 : 43 |
|
71-80 |
Niderland |
28,741 |
18.7 |
16% |
59 : 41 |
|
71-80 |
ABŞ |
33,108 |
16.6 |
11% |
48 : 52 |
|
71-80 |
ABŞ |
44,789 |
16.5 |
16% |
51 : 49 |
|
71-80 |
Avstraliya |
52,989 |
33.9 |
39% |
57 : 43 |
|
71-80 |
ABŞ |
54,372 |
12.5 |
13% |
50 : 50 |
|
71-80 |
Yaponiya |
17,735 |
8.2 |
12% |
27 : 73 |
|
81-90 |
ABŞ |
24,089 |
27.6 |
16% |
52 : 48 |
|
81-90 |
Fransa |
3,030 |
5.7 |
40% |
22 : 78 |
|
81-90 |
Almaniya |
35,894 |
58.2 |
21% |
59 : 41 |
|
81-90 |
Almaniya |
45,377 |
61.1 |
21% |
32 : 68 |
|
81-90 |
Cənubi Koreya |
23,342 |
19.5 |
15% |
43 : 57 |
|
81-90 |
Avstraliya |
39,144 |
35.7 |
34% |
55 : 45 |
|
81-90 |
Yaponiya |
9,752 |
7.7 |
13% |
15 : 85 |
|
81-90 |
Niderland |
13,914 |
21.3 |
27% |
53 : 47 |
|
81-90 |
Böyük Britaniya |
20,599 |
13.2 |
41% |
49 : 51 |
|
81-90 |
ABŞ |
13,401 |
7.5 |
20% |
əks |
|
91-100 |
ABŞ |
46,642 |
16.8 |
10% |
55 : 45 |
|
91-100 |
ABŞ |
66,872 |
13.6 |
15% |
52 : 48 |
|
91-100 |
İsveç |
27,266 |
12.1 |
19% |
54 : 46 |
|
91-100 |
Fransa |
33,883 |
26.1 |
21% |
59 : 41 |
|
91-100 |
Braziliya |
83,214 |
15.9 |
4% |
48 : 52 |
|
91-100 |
ABŞ |
60,818 |
24.8 |
8% |
47 : 53 |
|
91-100 |
Honkonq |
10,125 |
22.3 |
31% |
əks |
|
91-100 |
Avstraliya |
44,336 |
35.7 |
41% |
47 : 53 |
Oruc MUSTAFAYEV