Düşmənin silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 13 nəfər həlak olub, 3 uşaq daxil olmaqla 52 nəfərədək şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Hazırda zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Bu terror zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik!