| Ermənilərin Gəncədə törətdiyi növbəti terror | |
| Düşmənin silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 13 nəfər həlak olub, 3 uşaq daxil olmaqla 52 nəfərədək şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 
 Hazırda zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 
 Bu terror zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik! 
 
 | |
|   | 17.10.2020 | 11:02 | 
|  | |
|  | |