Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının qərarı ilə universitetin  kollektivi adından   Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat  vəsait köçürülüb.

 

Universitetdən verilən məlumata görə, Elmi Şuranın onlayn keçirilən iclasında  iştirakçılar birmənalı olaraq  bildiriblər ki, erməni qəsbkarları ilə gərgin döyüşlərin getdiyi hazırkı dönəmdə  bu addımı atmaq vacibdir  və  Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq, hər bir vətəndaşın, hər bir qurumun üzərinə böyük məsuliyyət düşür.

 

Bildirilib ki,  LDU-nun kollektivi indiki məqamda öz üzərinə düşən məsuliyyəti dərk edərək bu addımı atır, gələcəkdə də  Milli Ordumuza maddi və mənəvi dəstək olmağa  hazırdır.

 

Qeyd edək ki, torpaqlarımızın azadlığı üçün ordu sıralarına qoşulanlar  arasında  LDU-nun əməkdaşları  da var və onlar bu günlərdə  ön cəhbədə döyüşərək Vətənə olan borclarını ləyaqətlə  yerinə yetirirlər.