LDU-dan Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait | |
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının qərarı ilə universitetin kollektivi adından Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait köçürülüb.
Universitetdən verilən məlumata görə, Elmi Şuranın onlayn keçirilən iclasında iştirakçılar birmənalı olaraq bildiriblər ki, erməni qəsbkarları ilə gərgin döyüşlərin getdiyi hazırkı dönəmdə bu addımı atmaq vacibdir və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq, hər bir vətəndaşın, hər bir qurumun üzərinə böyük məsuliyyət düşür.
Bildirilib ki, LDU-nun kollektivi indiki məqamda öz üzərinə düşən məsuliyyəti dərk edərək bu addımı atır, gələcəkdə də Milli Ordumuza maddi və mənəvi dəstək olmağa hazırdır.
Qeyd edək ki, torpaqlarımızın azadlığı üçün ordu sıralarına qoşulanlar arasında LDU-nun əməkdaşları da var və onlar bu günlərdə ön cəhbədə döyüşərək Vətənə olan borclarını ləyaqətlə yerinə yetirirlər.
|
|
01.10.2020 | 16:10 | |
|
|
|