Ötən  ilin mayında 68 yaşlı  amerikalı Tereza Laylz  nə vaxtsa ailə həyatı  qurduğuna görə  atmağa məcbur olduğu Tennessi stat  Universitetində yarımçıq təhsilini başa vurmağa qərar verib.  Qadına yalnız altı kurs dinləmək lazım idi, çünki 1967- 1970-ci illərdə  o, artıq tələbə idi. Bu il isə   adıçəkilən ali məktəbin sonuncu kursunda onun nəvəsi  22 yaşlı Zuri Laylz təhsil alırdı.

 

Nənə və nəvə ev tapşırıqlarını birlikdə ediblər, imtahanlara birgə hazırlaşıblar və bir-birinə hər cür dəstək göstəriblər. Yanvar ayında Zurinin anası  qəfil vəfat edib,  qız təhsilini atmaq istəyirdi, ancaq nənə onu inandıra bilib ki, bu, vəziyyətdən  çıxış  yolu deyil.

 

Bu günlərdə  nənə və nəvə ali məktəbi bitirmələrinə dair diplom alıblar. Onlar bu münasibətlə universitetdə keçirilən məzun gününə yaxın qohum və tanışlarını da dəvət ediblər.
 

Oruc MUSTAFAYEV