Nənə və nəvə eyni gündə universiteti bitirdilər | |
Ötən ilin mayında 68 yaşlı amerikalı Tereza Laylz nə vaxtsa ailə həyatı qurduğuna görə atmağa məcbur olduğu Tennessi stat Universitetində yarımçıq təhsilini başa vurmağa qərar verib. Qadına yalnız altı kurs dinləmək lazım idi, çünki 1967- 1970-ci illərdə o, artıq tələbə idi. Bu il isə adıçəkilən ali məktəbin sonuncu kursunda onun nəvəsi 22 yaşlı Zuri Laylz təhsil alırdı.
Nənə və nəvə ev tapşırıqlarını birlikdə ediblər, imtahanlara birgə hazırlaşıblar və bir-birinə hər cür dəstək göstəriblər. Yanvar ayında Zurinin anası qəfil vəfat edib, qız təhsilini atmaq istəyirdi, ancaq nənə onu inandıra bilib ki, bu, vəziyyətdən çıxış yolu deyil.
Bu günlərdə nənə və nəvə ali məktəbi bitirmələrinə dair diplom alıblar. Onlar bu münasibətlə universitetdə keçirilən məzun gününə yaxın qohum və tanışlarını da dəvət ediblər. Oruc MUSTAFAYEV
|
|
29.05.2018 | 15:42 | |
|
|
|