Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Sumqayıt Dövlət Universitetinin (SDU) bütün tədris binalarında – dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşağında koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb.

 

Universitetdən verilən xəbərə görə,  koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə SDU-da indiyədək ardıcıl işlər həyata keçirilib. Təhsil dayanmayan müddətdə zəruri maarifləndirmə tədbirləri təşkil olunub, hazırda isə davamlı  dezinfeksiya işləri görülür.