Sumqayıt Dövlət Universitetində koronavirus əleyhinə təkrar dezinfeksiya işləri | |
Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Sumqayıt Dövlət Universitetinin (SDU) bütün tədris binalarında – dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşağında koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb.
Universitetdən verilən xəbərə görə, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə SDU-da indiyədək ardıcıl işlər həyata keçirilib. Təhsil dayanmayan müddətdə zəruri maarifləndirmə tədbirləri təşkil olunub, hazırda isə davamlı dezinfeksiya işləri görülür. |
|
10.03.2020 | 13:42 | |
|
|
|