|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Naxçıvan şəhərində şahmat mərkəzi istifadəyə verilib
Avqustun 3-də Prezident İlham Əliyev Naxçıvan şəhərində yeni inşa
olunmuş Şahmat Mərkəzinin açılışında iştirak etmişdir.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə
qarşıladılar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, bina ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2007-ci ilin
sentyabrında başlanılan bina üçmərtəbəlidir. Tikintinin ümumi ərazisi
1,2 hektar, binanın sahəsi isə 4254 kvadratmetrə bərabərdir. Ən müasir
avadanlıqla təchiz edilmiş mərkəzdə 192 və 54 tamaşaçı yeri olan iki
beynəlxalq yarış salonu, 6 sinif otağı və kompüter otağı vardır.
Böyük yarış salonundakı 65 şahmat masasından 12-si İnternetə qoşulmuşdur.
Həmin masalarda aparılan şahmat oyunlarını mərkəzin İnternet saytına
daxil olaraq izləmək mümkündür. Bundan əlavə, salonda quraşdırılan
monitorlar vasitəsilə beynəlxalq yarışların videoyazısını izləmək olar.
Kiçik yarış salonunda isə 25 masa vardır.
Hazırda mərkəzdə 600 şagird şahmatın sirlərinə yiyələnir. Onların təlimi
ilə 15 müəllim məşğul olur. Bildirilmişdir ki, Naxçıvanda şahmat məktəbi
1982-ci ildə yaradılmışdır. Uzun illər köhnə binada fəaliyyət göstərmiş
Naxçıvan şahmat məktəbinin yeni bina ilə təmin olunması burada dərslərin
daha mükəmməl formada təşkilinə imkan yaradacaqdır. Mərkəzin şagirdləri
müxtəlif vaxtlarda beynəlxalq və yerli yarışlarda uğurlu nəticələr
qazanmışlar. 2002-ci ildə Bakıda, sonra Batumidə keçirilən yarışlarda
mərkəzin yetirmələri fərqləniblər. 2003-cü ildə 20 yaşlı şahmatçılar
arasında dünya çempionatında mərkəzin iki yetirməsi iştirak etmişdir.
Avropa məktəblilərinin Kiprdə keçirilən şahmat festivalında mərkəzin
nümayəndəsi birinci mükafata layiq görülmüşdür.
Binanın zirzəmisində kompüter təlim-tədris və İnternet mərkəzi də
fəaliyyət göstərir. Mərkəzin Culfa və Şərur rayonlarında filialları
yaradılmışdır. Burada kompüterlərə texniki servis xidmətləri də
göstərilir.
Binanın ətrafı abadlaşdırılmış, ağac və gül kolları əkilmiş, müasir
işıqlandırma sistemi quraşdırılmışdır.
AzərTAc
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi
inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında böyük
xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
"Şərəf" ordeni ilə
Həbibbəyli İsa Əkbər oğlu
"Şöhrət" ordeni ilə
Vəliyev Sadıq Hüseynəli oğlu
"Tərəqqi" medalı ilə
Abbasov Vüqar Zakir oğlu
Abdullayev İsa Əli oğlu
Hacızadə Xuraman Abdulla qızı
Hümbətov Rəsul Həsən oğlu
Xəlilova Əsmər Həmid qızı
Qədirzadə Hacıqadir İbrahim oğlu
Mustafayev Hacıəkbər Abbas oğlu
"Vətən uğrunda" medalı ilə
Əliyev Rasim Məmmədəli oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 avqust 2009-cu il.
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi
inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında
xidmətləri olan şəxslərə aşağıdakı fəxri adlar verilsin:
"Azərbaycan Respublikasının
xalq artisti"
Axundov çingiz Məmməd
oğlu
"Azərbaycan Respublikasının
əməkdar elm xadimi"
Hacıyev İsmayıl Muxtar oğlu
Talıbov Tariyel Hüseynəli oğlu
"Azərbaycan Respublikasının
əməkdar müəllimi"
Camalov Kamal Həsən oğlu
Quliyev Əbülfəz Aman oğlu
Nəcəfova Zərifə Əli qızı
Rzayev Məmməd Hüseyn oğlu
"Azərbaycan Respublikasının
əməkdar həkimi"
Rəhimov Rəhim Nəcəf oğlu
"Azərbaycan Respublikasının
əməkdar rəssamı"
Həmzəyeva ülviyyə Tapdıq
qızı
"Azərbaycan Respublikasının
əməkdar mühəndisi"
Mustafayev Nemət Nəriman oğlu
"Azərbaycan Respublikasının
əməkdar mədəniyyət işçisi"
Babayev Yusif İmran oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 avqust 2009-cu il.
|