· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

 

Polşa Prezidenti Lex Kaçinskiyə Bakı Slavyan Universitetinin fəxri doktoru diplomu təqdim edilib

 

İyulun 3-də Bakı Slavyan Universitetində Polşa Respublikasının Prezidenti Lex Kaçinskiyə BSU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilmişdir.

Universitetdə Polşa Prezidentini səmimiyyətlə qarşılamışlar. Tələbələr ali qonağa gül-çiçək dəstələri təqdim etmişlər.

Polşa dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri BSU-da fəaliyyət göstərən Polyak dili və Mədəniyyəti Mərkəzinin işi ilə tanış olmuşlar. Bu ali məktəbdə "Polşaşünaslıq" ixtisası üzrə təhsil alan tələbələr Polşa Prezidentini onun ana dilində səmimi salamlamışlar. Lex Kaçinski mərkəzin "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazmışdır.

 

 

 

 

Küveytin "Kuwait Times" qəzetində "Heydər Əliyev Fondu beş illiyini qeyd edir" adlı məqalə dərc olunub

 

Azərbaycanın Küveytdəki səfirliyi bu ölkədə və körfəz regionunda ingilis dilində dərc olunan "Kuwait Times" qəzetində "Heydər Əliyev Fondu beş illiyini qeyd edir" adlı məqalə dərc etdirmişdir.

Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik dövlət quruculuğundakı müstəsna xidmətlərindən, ulu öndərin zəngin irsinə sadiq qalan Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondunun fəaliyyətindən geniş söz açılır. Oxuculara Fondun Heydər Əliyev irsinin əbədiləşdirilməsi, Azərbaycanın inkişafı ilə bağlı ulu öndərin ideyalarının həyata keçirilməsindəki xidmətləri, təhsil, səhiyyə, mədəniyyət, ekologiya və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilir.

Fondun "Yeni Azərbaycana yeni məktəb", "Talassemiyasız həyat", "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri, bu layihələrin gələcək nəsillərin savadlılığı və sağlamlığı kimi xeyirxah amallara xidmət etdiyi, təhsil sahəsində fəaliyyətinin Azərbaycan ilə məhdudlaşmadığı, Pakistanın Müzəffərabad şəhərində zəlzələ nəticəsində dağılmış məktəbi yenidən tikməsi və YUNESKO ilə birgə həyata keçirdiyi digər layihələri yazıda xüsusi qeyd olunmuşdur.

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədə təhsil sisteminin vacib pillələrindən biri olan məktəbəqədər təhsilin inkişaf yolu, şəxsiyyətin formalaşmasında əhəmiyyəti, bu sahədə mövcud olan problemlər, onların həlli istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə məlumat verməyə çalışacağam.

Fəlsəfi baxımdan yanaşsaq, dünyamız, bizi əhatə edən aləm bir-biri ilə dialektik vəhdətdə olan, biri digərini təyin edən və tamamlayan varlıqların məcmusundan ibarətdir.

Qaxda yeni məktəb binası istifadəyə verilib

 

Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" Qrant Yardımı Proqramı çərçivəsində Qax şəhərində 3 nömrəli məktəb üçün yeni bina tikilib istifadəyə verilmişdir.

İyulun 7-də Qax şəhərində yeni məktəb binasının təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki iştirak etmişdir.

Mərasimdən əvvəl səfir Masamitsu Oki və rayon rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Sonra səfir ümummilli liderimizin adını daşıyan muzeydə olmuş, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat yolunu əks etdirən ekspozisiyaya baxmışdır.

Təhsil Nazirliyinin əməkdaşları Koreyada beynəlxalq seminarda iştirak ediblər

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov iyunun 30-dan iyulun 5-dək Koreya İnsan Resursları İnkişaf Xidmətinin təşəbbüsü ilə təhsil siyasətinin, xüsusilə peşə təhsili siyasətinin formalaşdırılması üzrə Cənubi Koreyada təşkil edilən beynəlxalq seminarda iştirak ediblər. Beynəlxalq seminara Cənubi Koreyanın müxtəlif peşə təhsili müəssisələrinin və agentliklərinin rəhbərləri, həmçinin Qırğızıstan, İndoneziya, Nepal, Banqladeş, Kamerun, Yəmən, Vyetnam, Tanzaniya, Anqola   və s. ölkələrdə peşə təhsili sahəsinə rəhbərlik edən şəxslər qatılıblar.

Yay kompüter düşərgəsi açıldı

 

İyulun 3-də Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbdə yay kompüter düşərgəsinin açılışı oldu. "Microsoft Azərbaycan" şirkəti və "İNFOMAS" qeyri-hökumət təşkilatı tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyinin yardımı ilə təşkil olunmuş düşərgəyə HP, "ULTRA", PC "Maqazine Mina Qroup" və "British Council" şirkət və təşkilatlar dəstək göstərir.