|
|
ˇ Ana səhifəˇ Rəsmiˇ Heydər Əliyev Fonduˇ Əmrlər, sərəncamlarˇ Təhsil Nazirliyindəˇ Xəbərlərˇ Pedaqoji yazılarˇ Məktəblərimizˇ Bizimlə əlaqə
|
Tədbirlər planının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 05 may 2009-cu il tarixli, 260 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə ƏMR EDİRƏM: 1. "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin. 2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, şəhər, rayon təhsil şöbələrinin müdirləri, nazirliyin aidiyyəti şöbələri tədbirlər planının icrasını təmin etsinlər. 3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planını "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin. 4. ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin. 5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri
2 iyul 2009-cu il
2009-2010-cu dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
1. 2009-2010-cu dərs ili üçün Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin III-XI, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin III-IV siniflərinin tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilsin. 2. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov), İqtisadiyyat şöbəsi (H.Zeynalov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər. 3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavələrlə birlikdə lAzərbaycan müəllimiť qəzetində və nazirliyin lTəhsil xəbərləriť məcmuəsində dərc olunmasını təmin etsin. 4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri
30 iyun 2009-cu il
ümumtəhsil məktəblərinin I və II sinifləri üçün tədris planlarının təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq olunmuş lAzərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) əsasında ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmrilə təsdiq edilmiş fənn kurikulumlarının və tədris planlarının tətbiqi ilə əlaqədar ƏMR EDİRƏM: 1. Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I və II siniflərinin 2009-2010-cu dərs ili üçün tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilsin. 2. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov), İqtisadiyyat şöbəsi (H.Zeynalov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planının cap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər. 3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə lAzərbaycan müəllimiť qəzetində, lTəhsil xəbərləriť məcmuəsində dərc olunmasını təmin etsin. 4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri
30 iyun 2009-cu il
|