|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev və Azərbaycan dili
Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
|
Moskvada azərbaycanlılar üçün Rusiya ali məktəblərinə qəbul imtahanları keçirilib
İyunun 10-da Moskvadakı 1241 nömrəli orta ümumtəhsil məktəbində RF Elm və Təhsil Nazirliyinin və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə ümumrusiya Azərbaycan Konqresi (üAK) və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin Azərbaycan vətəndaşları üçün təşkil etdikləri Rusiya ali məktəblərinə qəbul imtahanları keçirilmişdir. İmtahandan əvvəl çıxış edən "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, imtahan komissiyasının sədri, professor Tofiq Məlikli Azərbaycanın gənc vətəndaşlarının Rusiya ali məktəblərini seçmələrinin vacibliyini xüsusi vurğulamışdır.
Türkiyə universitetlərinin magistratura pilləsində Azərbaycan vətəndaşlarına 12 yer ayrılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, müvafiq elana əsasən, Türkiyə universitetlərinin magistratura pilləsində Azərbaycan vətəndaşlarının təhsil almaları üçün 12 yer ayrılmışdır. Həmin universitetlərin magistraturasına ali məktəblərin bakalavr pilləsini bitirmiş və ya cari ildə bakalavr pilləsinin sonuncu kursunda təhsil alan, 2009-cu il yanvarın 1-dək yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada 70-dən) aşağı olmayan, bu il mayın 3-də keçirilmiş test imtahanının nəticəsinə görə ikinci mərhələyə buraxılmış Azərbaycan vətəndaşları qəbul oluna bilərlər.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Qaynar xətt"ə iki ayda 69 müraciət daxil olub
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin aprel və may aylarında 69 müraciət daxil olub. Müraciətlərdən 5-i sorğu xarakterlidir. Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 28, Gəncə şəhər ümumtəhsil məktəblərindən 5, Abşeron rayonundan 6, Yardımlı rayonundan 3 müraciət daxil olub. Müraciətlərdən 6-sı ali təhsil müəssisələrinə aiddir. Onların 3-ü Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Bu müraciətlərdə diplom alınması, diplomun səhv yazılması, tələbələrin akademik borclarının ləğvi və s. məsələlərdən bəhs edilir. |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə Avropa məkanına inteqrasiya prosesində ali təhsil müəssisələrimizin rolu və Azərbaycan ali təhsil sistemində nəzərdə tutulan islahatlar barədə məlumat verməyə çalışacağam. Qeyd etmək istərdim ki, 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra ötən müddət ərzində ali məktəblərimizdə müəyyən işlər görülsə də, ümumilikdə bu istiqamətdə həyata keçirilən tədbirlər qaneedici hesab edilə bilməz. Avropa məkanına inteqrasiyanın ümumilikdə ali təhsil sahəsində islahatların əsas istiqaməti kimi bəyan edilməsinə baxmayaraq, heç də bütün universitetlərimiz bununla əlaqədar zəruri addımları atmağa kifayət qədər səy göstərmirlər. Məlumdur ki, Boloniya Bəyannaməsinin tələbləri baxımından ali təhsilin inkişafı sahəsində tədbirlər üç səviyyədə həyata keçirilməlidir. |
İyunun 5-də təhsil naziri Misir Mərdanov Fransanın Pyer və Mari Küri Paris VI Sarbon Universitetinin vitse-prezidenti, Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat, qeyd olunan universitetin beynəlxalq əlaqələr üzrə direktoru Sabine Lopez və Fransanın ölkəmizdəki səfirliyinin müvafiq əməkdaşları ilə görüşüb. Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Fransa ilə Azərbaycan arasında mövcud əlaqələrin son illər daha da inkişaf etdiyini və bu əlaqələrin tarixini diqqətə çatdıran nazir bildirib ki, hazırda qeyd olunan ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı çoxalıb. Nazir Fransa universitetləri ilə qurulan sıx əməkdaşlıqdan, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiqindən sonra əlaqələrin daha da inkişafına əlverişli şərait yaranmasından, bu ölkənin KNOUS təşkilatı ilə imzalanan müqavilədən, həmçinin 40-a yaxın azərbaycanlı gəncin hazırda Fransanın universitetlərində təhsil aldığından söz açıb. |
Məlumat və Resurs Mərkəzi açıldı
Paytaxtımızda Azərbaycan Respublikası Təhsil Nazirliyinin ən müasir texnoloji standartlara cavab verən yeni Məlumat və Resurs Mərkəzi yaradılıb. İyunun 11-də Məlumat və Resurs Mərkəzinin rəsmi açılışı oldu. Bu münasibətlə keçirilən təntənəli mərasimdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Administrasiyası Humanitar siyasət şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri, İKT ilə bağlı ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri və KİV nümayəndələri iştirak edirdilər. |
20 minə yaxın müəllim təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdə iştirak edib
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində keçirilmiş treninqlərdə 20 minə yaxın müəllim iştirak edib. Təlimlər dünyada qəbul olunmuş metodlar əsasında yaradılmış Skulz Onlayn "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi" və İntel "Gələcək üçün təhsil" təlim vəsaitləri əsasında keçilir. Adıçəkilən təlim vəsaitləri yüksək təcrübəyə malik ekspertlər tərəfindən yerli təhsil sisteminə uyğunlaşdırılmışdır. Təlimlərin əsas məqsədi müəllimlərə texnologiyadan səmərəli şəkildə istifadə etməklə XXI əsr təhsil metodlarına yiyələnmək və bu metodları öz dərslərində tətbiq etməyi öyrətməkdir. Nəticədə müəllimlər yeni interaktiv təlim metodları öyrənmiş və tədrisə tətbiq etmək imkanı qazanmışlar. |
İyunun 5-də İçərişəhərdə yerləşən "Abşeron" rəsm qalereyasında "Uşaq ili" çərçivəsində növbəti tədbir keçirildi. 6 yaşlı istedadlı rəssam Fərəc Fərəczadənin yaradıcılığına həsr olunmuş sərginin açılışında təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, akademik Vaqif Abbasov və digər şəxslər iştirak edirdilər. Sərginin rəsmi açılışından sonra balaca rəssamın fəaliyyəti haqqında qısa məlumat verildi. Sonra təhsil nazirinin müavini İsgəndər İsgəndərov çıxış edərək istedadlı şagirdlərə göstərilən dövlət qayğısını önə çəkdi. Keçirilən sərginin əhəmiyyətindən danışan nazir müavini balaca rəssamın qazandığı nəticəni, həmçinin Azərbaycan gənclərinin uğurları hesab etdi. Fərəc Fərəczadəyə rəssamlıq sənətində daha böyük uğurlar arzuladı. |
Peşə təhsili müəssisələrində çalışan müəllim və istehsalat təlimi ustaları üçün seminar keçirilib
ölkəmizdə "Dünyaya baxış" humanitar təşkilatının dəstəyi ilə "Gənclərin məşğulluq şəbəkəsinin yaradılması" layihəsi həyata keçirilir. İyunun 1-dən fəaliyyətə başlayan layihənin əsas məqsədi gənclərin işsizlik problemini öyrənərək texniki peşə təhsili sahəsində müasir tələblərə cavab verən yeni dövlət standartları və tədris proqramlarının tərtib olunmasından ibarətdir. Layihənin peşə təhsilində islahatlar komponenti çərçivəsində Təhsil Nazirliyi tərəfindən əlaqələndirilməklə peşə məktəblərinin müəllimləri, yerli və beynəlxalq məsləhətçiləri əhatə edən işçi qrupu yaradılacaq. İşçi qrup tərəfindən texniki peşə təhsili sisteminin hazırkı vəziyyətinin araşdırılması, yaxın gələcəkdə bu sistemin məzmununun təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun dəyişdirilməsi üçün konkret addımların atılması nəzərdə tutulub. |
Layihə
Təhsil pillələri üzrə təlim nəticələri
|
Almaz İsrail qızı Həsrət 6 iyul 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakının Xətai rayonundakı 204 nömrəli orta məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, 1997-ci ildə universiteti "əla" və "yaxşı" qiymətlərlə qurtarıb. 1996-cı ildən doğma təhsil ocağında - 204 nömrəli orta məktəbdə biologiya fənnini tədris edir. 1998-ci ildə keçirilmiş Azərbaycan müəllimlərinin XI qurultayının, həmçinin Azərbaycan qadınlarının qurultayının nümayəndəsi olub. |
Dünya təhsili
Niderland: qiymətləndirmə təcrübəsi və siyasəti
Təhsil sistemi
Niderlandda məcburi təhsil 5 yaşdan başlayır, ancaq bütün uşaqlar məktəbə 4 yaşından gedirlər. Məcburi təhsil 16 yaşda başa çatır, qanuna görə isə məktəb məzunları 18 yaşlarına qədər ən azı natamam təhsil almalıdırlar. ümumtəhsil sisteminin strukturu ikimərhələlidir: məktəbəqədər ibtidai (baza, 4-5,12 yaş) və kiçik orta, böyük orta (12-16,17, yaxud 18 yaş). Orta təhsildə (12-dən yuxarı) 3 istiqamətdə imkan mövcuddur: 4-illik - peşəyəqədər, 5-illik - ümumi orta (HAVO) və ya 6-illik - akademik, ali məktəbə qədər (VWO). |